SURİYA TÜRKMƏNLƏRININ CAN AZERBAYCANA GİZLİ VƏ AŞKAR SƏVDASI.!
Dr.Muhtar Fatih BEYDİLİ Türkmən Həkimləri Dərnəyinin Sədri.
Martın 15-də Suriyada “ərəb baharı”nın 11 ili tamam oldu. Suriya münaqişəsi onminlərlə insanın ölümü, 11 milyondan çox insanın ölkə daxilində və xaricə köçü, şəhərlərin yerlə-yeksan olması ilə nəticələndi. Suriyada üsyanlar başlayandan Bəşər Əsəd rejiminin qətlə yetirdiyi dinc insanların sayı, əldə edilən məlumatlara görə, 900-dən çox suriyalını öldürüb. Suriyada hakimiyyətin xalqa qarşı törətdiyi cinayətlər - üsyançı xalq kütlələrinin kütləvi şəkildə məhv edilməsi, artilleriya, raket atəşinə tutulması bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayət kimi dəyərləndirilir.
Üsyan dalğası bütün Suriyanı əhatə etsə də, Əsəd zor gücünə hələ ki, duruş gətirir. Əslində, buna hakimiyyəti əldə saxlayır da demək olmaz - Suriya faktiki 2 yerə parçalanıb. Diktatura rejimi böyük bir əraziyə nəzarəti itirib. Lakin cinayətkar Əsəd rejiminin hələ də asanlıqla getmək istəmir və «son damla qanınacan» üsyançılarla mübarizə aparacağını bildirib.
Suriyadakı iç savaşdan ən çox əziyyət çəkən, daha doğrusu anarxiyanın qurbanı olanlar arasında Türkmənlər xüsusi yer tutur. Təxminən Suriyada 4 milyondan çox Türkmən yaşayır ki, minә yaxın Azәrbaycandilli (Güney Azәrbaycan lәhcәli) әhali yaşayır ki, onlar bu ölkənin əsas millətlərindən biridir.
Ümumiyyәtlә isә, Suriyada yaşayan Azәrbaycandilli әhalini sayı barәsindә rәsmi statistika yoxdur. Amma әminliklә onu demәk olar ki, eynilә olmasa da biraz fәrqlә Qafqazdakı, Güneydәki Azәrbaycan әhalisi kimi danışırlar vә çoxusu da burdakı әhalini özlәri kimi bilirlәr. Fәrqlәrin dә olması tәbii haldır.
Türkmənlərin Suriyaya gəlişi Səlcuqlular dövrünə təsadüf etdiyi bildirilsə də, bəzi alimlərə görə, 5-6-cı əsrlərdə türk tayfalarının böyük köçü zamanı Suriya ərazisinə yerləşən türk tayfaları olub.
Suriya türkmənləri Azərbaycan türkləriylə eyni soydandirlar. Ona görə də deyirik ki, Azərbaycan Suriya Türkmənlərinin səsinə səs verməlidir!
Məlum olduğu kimi, bu gün Suriyada Türkmənlərin ən çox yaşadığı şəhərlərdən biri olan Hələb çox dəhşətli durumdadır. Bu şəhərdə artıq yaşayanların sayı sıfıra bərabərdir. Burada hökmən bildiməliyik ki, Azərbaycan Türk mədəniyyətinin və fəlsəfəsinin önəmli simalarından, Hürufiliyin əsas nümayəndələrindən biri olan olan mütəffəkir və şair İmaddədin Nəsiminin (14-cü əsr) məzarı da Hələb şəhərində yerləşir.
Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğurur. Amma bizlər bu gün Nəsiminin məzarının hansı vəziyyətdə olmasıyla bağlı dəqiq bilgiyə sahib deyilik şu günə gadər.
Yeri gəlmişkən, məzarı Suriyanın şimalında yerləşən və Osmanlı dövlətinin qurucularının ulu babası hesab olunan Süleyman şah Suriyaya məhz Azərbaycan ərazilərindən köçüb. Bu və digər faktlar Suriya türkmənlərini Azərbaycan əhalisi ilə qohumluğunu sübut edir.
2011-cilin martında Suriyada başlanan müharibə zamanı Nəsiminin məqbərəsinin də İŞİD terrorçuları tərəfindən dağıdıldığı .Halab müharibəsinde bu, elə bir dəhşətdir ki, özünü hər yerdə göstərir. Ona görə də deyə bilərik ki, bəli, müharibənin dəhşətləri İmadəddin Nəsiminin məzarından da yan keçməyib.
Bu gün Suriya Türkmənlərinə daha çox Türkiyə türkləri sahib çıxırlar desək, yanılmarıq. Əslində bu gün Suriyada, özılliklə Suriya Türkmənlərinin yaçadığı ərazilərdə ABŞ, Avropa, İran və Rusiya Federasiyasının "at oynatması" yolverilmezdir. Bu gün məlum Ərəb dövlətləri bunun qarşısını almaq əvəzinə ya boyunlarını bükürlər, ya da ABŞ və Rusiyanin oyuncağı haləndadırlar. Bəs Azərbaycan, Türkiyə niyə Suriya Türkmənlərinə sahib çixmir, deyə sual etdikdə, o zaman bildiyimiz cavabları alırıq bizler.
Doğrudur, bu gün Türkiyə daha çox Suriya türkmənlərinə dəstək verirlər. Amma bu istənilən səviyyədə deyildir.
Bu anlamda nə Türkiyənin, nə Azərbaycanın, nə də digər Türk Cümhuriyyətlərinin İraq Türkmənlərinə və Suriya Türkmənlərinə biganə qalmaları yolverilməzdir. İraq və Suriya Türkmənləri məsələsində ən çox yük Türkiyə və Azərbaycanın üzərinə düşür. Bu anlamda yuxarıda da bildirdiyimiz kimi, Türkiyəylə nisbətdə Azərbaycanın bütövlükdə səssiz qalması doğru deyildir.
Sonda hər kəs bilməlidir ki,ata vətən həsrəti, yurd sevgisi, Can Azərbaycana ürəkdən bağlılıq hissləri Suriya türkmənlərini tərk etmirdi.Onlar harada yaşamaqlarından, hansı ölkədə olmaqlarından asılı olmayaraq onlar Ata vətənimiz Azərbaycanı sevirdilər, o məhəbbətlə yaşayırdılar. Elə bu sevginin, bu bağlılığın nəticəsi idi ki, onlar özlərindən sonra zəngin bir irs, maraqlı tarix qoyub gediblər.
Suriya türkmənlərinin Can Ata vətən Azərbaycana açıq-gizli sevgisi tarix boyu bitməyib, onların Əcdad ata-baba yurdu olan Can Azərbaycana həsrəti əbədi olaraq yaşayacaq davam edəcək . Çünki bu əbədi sevgi türkmənlərin əcdadlarından həsrət çəkən nəvələrinin qəlbində miras qalıb.
Qaynak;
1- http://www.suriyeturkmenleri.com/7-faaliyetlerimiz&catID=393 2- http://afkarhura.com/tr/?p=6981 3- https://www.tarihistan.org/suriya-oguz-turkm-nl-ri.../22784/
|