Suriya Türkmənləri Sahibsiz qalmış kömək gözləyir
Dr.Muxtar Fatih BEYDİLİ Suriya Türkmən Həkimlər Dərnəyinin sədri Müstəqil Araşdırmaçı
Martın 15-də Suriyada “ərəb baharı”nın 12 ili tamam oldu. Suriya münaqişəsi onminlərlə insanın ölümü, 11 milyondan çox insanın ölkə daxilində və xaricə köçü, şəhərlərin yerlə-yeksan olması ilə nəticələndi. Suriyada üsyanlar başlayandan Bəşər Əsəd rejiminin qətlə yetirdiyi dinc insanların sayı, əldə edilən məlumatlara görə, milyona yaxın insan öldürüldü. Suriyada hakimiyyətin xalqa qarşı törətdiyi cinayətlər - üsyançı xalq kütlələrinin kütləvi şəkildə məhv edilməsi, artilleriya, raket atəşinə tutulması bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayət kimi dəyərləndirilir.
Üsyan dalğası bütün Suriyanı əhatə etsə də, Əsəd zor gücünə hələ ki, duruş gətirir. Əslində, buna hakimiyyəti əldə saxlayır da demək olmaz - Suriya faktiki 2 yerə parçalanıb. Diktatura rejimi böyük bir əraziyə nəzarəti itirib. Lakin cinayətkar Əsəd rejiminin hələ də asanlıqla getmək istəmir və «son damla qanınacan» üsyançılarla mübarizə aparacağını bildirib.
Suriyadakı daxili savaşdan ən çox əziyyət çəkən, daha doğrusu anarxiyanın qurbanı olanlar arasında Türkmənlər xüsusi yer tutur. Təxminən Suriyada 4 milyondan çox Türkmən, minә yaxın Azәrbaycandilli (Güney Azәrbaycan lәhcәli) әhali yaşayır ki, onlar bu ölkənin əsas millətlərindən biridir.
Ümumiyyәtlә götürdükdə isә, Suriyada yaşayan Azәrbaycandilli әhalini sayı barәsindә rәsmi statistika yoxdur. Amma әminliklә onu demәk olar ki, eynilә olmasa da biraz fәrqlә Qafqazdakı, Cənubdakı Azәrbaycan әhalisi kimi danışırlar vә çoxusu da buradakı әhalini özlәri kimi bilirlәr. Fәrqlәrin dә olması tәbii haldır.
Türkmənlərin Suriyaya gəlişi Səlcuqlular dövrünə təsadüf etdiyi bildirilsə də, bəzi alimlərə görə, 5-6-cı əsrlərdə türk tayfalarının böyük köçü zamanı Suriya ərazisinə yerləşən türk tayfaları olub.
Suriya türkmənləri Azərbaycan türkləriylə eyni soydandirlar. Ona görə də hesab edirik ki, Azərbaycan Suriya Türkmənlərinin səsinə səs verməlidir!
|