Suriya Türkmənləri ilə Azərbaycan Arasındakı Tarixi və Mədəni Əlaqələr: Ortaq Oğuz Soyundan Doğan Qardaşlıq Körpüsü
Suriya ilə Azərbaycan arasında münasibətlər son illərdə yeni bir mərhələyə qədəm qoymuşdur. Əsrlər boyu eyni Oğuz türkləri kökənindən gələn Suriya Türkmənləri ilə Azərbaycan türkləri, bu iki xalq arasında yalnız mədəni və etnik yaxınlıq deyil, həm də strateji əməkdaşlıq üçün təbii zəmin yaratmışdır.
Tarixi və Etnik Bağlar: Oğuz Soyunun Davamçıları
Oğuzlar — türklərin əsas boylarından biri olaraq — Orta Asiyadan Orta Şərqə yayılaraq Suriya, Anadolu və Azərbaycan torpaqlarına yerləşmişlər. Bu yayılma nəticəsində Suriya Türkmənləri və Azərbaycan türkləri eyni soyun iki fərqli coğrafiyadakı davamçıları olaraq formalaşmışdır. Dil, adət-ənənə, mətbəx, ailə dəyərləri və dini inanclar baxımından da ortaq kök açıq şəkildə özünü göstərməkdədir.
İmadəddin Nəsimi: Ortaq Mədəni Kimliyin Simvolu
Bu ortaq mədəniyyətin ən parlaq simalarından biri XIV əsr Azərbaycan şairi İmadəddin Nəsimidir. Onun Suriyanın Hələb şəhərində edam olunması və orada dəfn olunması, Azərbaycanla Suriya arasında mənəvi bir körpü kimi dəyərləndirilir. Nəsimi Oğuz türklərinin ortaq ədəbi və fəlsəfi irsinin simvolu olaraq iki xalq arasında ruhani yaxınlığın daşıyıcısıdır.
Keçmişin Ziddiyyətli Siyasi Münasibətlərindən Yeni Strateji Faza
Azərbaycanla Suriya arasındakı münasibətlər uzun müddət gərgin olmuşdur. Əsəd rejimi dövründə, xüsusilə Qarabağ münaqişəsi zamanı, Suriya Ermənistanı açıq şəkildə diplomatik, hərbi və ideoloji səviyyədə dəstəkləyirdi. Suriyada erməni döyüşçülərə təlimlər keçirilmiş, Azərbaycanın bu fəaliyyətlərin dayandırılması ilə bağlı çağırışlarına məhəl qoyulmamışdı.
Lakin Əsəd rejiminin süqutundan sonra, ölkədə yaranan keçid hökuməti və yeni prezident Əhməd Şaranın rəhbərliyi ilə ölkənin xarici siyasətində mühüm dönüş baş verdi. Yeni rəhbərlik İran və Rusiya təsirindən uzaqlaşaraq, region dövlətləri ilə balanslı və müstəqil siyasət yürütməyə başladı.
Humanitar Yardımdan Strateji Tərəfdaşlığa
Əsəd rejiminin devrilməsindən sonra Azərbaycan dərhal Suriya xalqına humanitar yardım göndərdi. Bakı bu yardımın siyasi deyil, sırf insani məqsədlə həyata keçirildiyini bəyan etdi. Eyni zamanda, Azərbaycan hökuməti Suriyanın bərpası prosesində fəal iştirak etməyə hazır olduğunu rəsmi şəkildə açıqladı.
2025-ci ilin 18 aprelində Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Prezidenti Əhməd Şara arasında ilk birbaşa görüş baş tutdu. Görüş zamanı Suriyanın şimal-şərqində yerləşən neft və qaz yataqlarına investisiya imkanı Azərbaycan şirkətlərinə, xüsusilə SOCAR-a təklif edildi.
Bu, humanitar yardımdan sonra münasibətlərin iqtisadi və strateji əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Prezident Əhməd Şara Azərbaycanın regionda potensial tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin enerji sektorunda Bakı ilə əməkdaşlığa üstünlük verdiyini bildirdi.
Suriya Türkmənləri: İki Dövlət Arasında Canlı Körpü
Bu yeni mərhələdə Suriya Türkmənləri 3 milyondan çox əhalisi ilə xüsusi önəm kəsb edir. Ortaya çıxan bu strateji əməkdaşlıq çərçivəsində, Türkmən icması həm mədəni, həm də sosial əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacaq.
Suriya Türkmənləri Azərbaycanla eyni dili, oxşar adət-ənənələri, kültürel irsi paylaşırlar və bu da onları dövlətlərarası əlaqələrin təbii daşıyıcısına çevirir. Onlar bu münasibətlərin daha dərin və davamlı şəkildə inkişafında mühüm rol oynamağa hazırdırlar.
Suriya Türkmənləri ilə Azərbaycan Arasındakı Tarixi, Mədəni və Strateji Əlaqələr: Ortaq Oğuz Soyundan Doğan Qardaşlıq və Humanitar Tərəfdaşlıq .Suriya ilə Azərbaycan arasında uzun illər davam etmiş soyuqluqdan sonra humanitar əməkdaşlıqla başlayan yeni mərhələ artıq strateji tərəfdaşlıq potensialına çevrilməkdədir. Bu əməkdaşlığın mərkəzində isə ortaq tarix, ortaq mədəniyyət və ortaq Oğuz kimliyi dayanır. Bu gün Suriya Türkmənləri ilə Azərbaycan Dostluq Cəmiyyəti bu prosesin simvolik və praktik daşıyıcısı olaraq tarixdə öz yerini almaqdadır.
Suriye Türkmenleri ile Azerbaycan Dostluk Cemiyeti
Dr.Muhtar Fatih BEYDİLİ – Başkan
|