MANŞET HABERLER
سلطان باشا الأطرش بين الوطنية المزعومة وشبهات ال&#
تفكيك الدولة الوطنية السورية..تقاطعات المشاريع
An ancient people in Syria: Turkmens
Suriya Türkmənləri kimlərdir: tarixi, indiki durumu və gələcəyi
Suriya Türkmənləri ilə Azərbaycan Arasındakı Tarixi və Mədəni Əlaqələr: Ortaq Oğuz Soyundan Doğan Qardaşlıq Körpüsü
العلاقات التاريخية والثقافية والاستراتيجية 
Türkmen Milletinin Çığlığı: Suriye’nin Yeni Hükümetine ve Türk Dünyasına Çağrı
الوجودية التركمانية في ميزان التقييم
Suriye Türkmenleri Arap Milliyetçiliği, Baas’la Unutulup iç Savaşla Hatırlandılar
تصحيح المسار العمل المؤسساتي التركماني السوري
الفرق بين الأتراك والتركمان
Türk Dünyasının Büyük Kaybı Irak Türkmenlerinden Şair ve yazar, Dr.Nusret Merdan Vefatı
المكوّن التركماني في المشرق العربي بلا حقوق
من قبائل الأوغوز: بيكديلي/بي ديلي/بجدله
Azerbaycan Ermenilerle Görüşmek için Neden YEVLAX (YELVAH) seçildi?
المليشيات الارمينية الانفصالية في قره باغ
الشهيد محمود عرعراوي تركمان
...تركمان لبنان...
معركة الكرامة في ميسلون ..مأساة دولة
SURİYE TÜRKMENLERİNİN MANDA DÖNEMİNDE MİLLÎ MÜCADELESİ
معركة ملاذكرد عندما سحق عشرين ألف تركماني ربع ملي
EMIR HAN-OĞLU HARUN KUZEY- SURIYE'DE ILK TÜRKMEN EMİRİ
تركمان فلسطين - أحفاد الأوغوز حماة ثغور الأقصى
Osmanlı İmparatorluğu döneminde YENİ-İL KAZASI VE YENİ -İL BEĞDİLİ TÜRKMENLERİ
دراسات في التاريخ الشفهي والمحلي للتركمان في سور
الفنان التشكيلي التركماني السوري شريف محرّم...
التركمان في بلاد الشام
مأساة المسعفة الصغيرة.. حلم سديل تركمان الذي لم يتž
ARAP COĞRAFYASINDAKİ UNUTULAN OĞUZ- TÜRKMENLER
التركمان -(عرب التركمان) والأعراق المختلفة الأخرى
Oğuz kökenli Suriye Irak Türkmenlerini Kaderlerine Bırakmayalım.!
Suriya Türkmənləri Sahibsiz qalmış kömək gözləyir
دفن مصطفى كمال أتاتورك مؤسس الجمهورية التركية
Suriye’de “Onur ve Özgürlük” Mücadelesi Veren Türkmen Gerçeği
Suriye Türkmenleri Örf Adetleri Nüfusları Yaşadıkları Yerler
Kahraman Suriye Türkmen Kuvâ-yi Milliye lideri Reis Nüveyren oğuz Ağa
إيلبيلي -يوروك (تركمانلرى)
العادات والتقاليد الثقافية التركمانية
التركمان في منطقة نهر البليخ
تركمان جولاب-تركمان الرقة
تداعيات الهجوم على السفارة الأذربيجانية في طهرا
نحن شعب نتقدم باتجاه الموت من أجل الحياة
FEHİM İSA Diye Yazılır ADAM DİYE OKUNUR
حب الوطن عطاء لا ينضب
Şiir Fatih Kel MOHAMET - Ağlayalım Sıra Bize Geliyor
يناير 20 صفحة دامية ومجيدة فى تاريخ آذربيجان
أهمية قمة أفازا في تركمانستان
!حرّاس ثغور الاقصى …تركمان فلسطين
علاقة اللغة التركمانية باللغة التركية
Prezident İlham Əliyev Fəzail Ağamalını təltif etdi
Suriya liderinin vəzifə verdiyi türkmən general
Suriyeli Türkmenler

 

 

 

 

 

 

 

Suriya liderinin vəzifə verdiyi türkmən general Globalinfo.az-a nələr danışdı? – Eksklüziv

 

 

Xəbər verdiyimiz kimi, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şara Suriya Milli Ordusunun II korpus komandiri türkmən general Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionu üzrə komandan təyin edib.

Fehim İsanın Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– İlk olaraq sizi bu mühüm təyinat münasibətilə təbrik edirəm.

– Çox sağ olun! Səmimi təbrikləriniz üçün təşəkkür edirəm!

 

– Cənab general, məlum olduğu kimi, qısa müddət öncə Suriya Prezidenti cənab Əhməd əş-Şara yeni hökumət kabinetinin tərkibini elan etdi. 22 nəfərlik keçid hökumətində etnik və dini azlıqlara yer verilməsi diqqət çəkdi. Sizin Suriya müdafiə nazirinin müavini və şimal regionu üzrə komandanı təyin edilməyinizlə türkmənlərə də lazımi diqqət göstərilmiş oldu. Cənab Əhməd əş-Şaranın və yeni Suriya hökumətinin türkmənlərlə bağlı mövqeyi necədir?

– Suriya etnik və dini azlıqlar baxımından zəngin ölkədir. Türkmənlər də bu ölkənin ayrılmaz hissəsidir. Türkmənlər hər zaman Suriyada ən çətin anlarda belə haqqın, ədalətin tərəfində olublar.

Türkmənlər Bəşər Əsəd zülmünə ilk qarşı çıxan, silaha sarılan, haqsızlığa göz yummayanlardandır. Yəni biz bu inqilabın hər zaman bir parçası olduq. Əli silah tutan bütün mərd türkmənlər Əsəd zülmünə qarşı çıxdı. Təkcə mən bu mübarizədə üç qardaşımı şəhid vermişəm. Həmd olsun ki, mübarizəmiz uğurla, qələbə ilə yekunlaşdı.

 

Cənab Əhməd əş-Şaranın hazırda türkmənlərə münasibəti çox yaxşıdır. Üç dəfə onunla görüşüb suallar vermişik. O da hər zaman bizim suallarımıza cavabında deyib ki, “türkmənlər bizim ürəyimizdədir”. Yəni o, türkmənləri özündən ayrı görmür. Cənab Prezident üçün bir ərəb nədirsə, bir türkmən də odur.

– 22 nəfərlik keçid hökumətində kürd, druzi, hətta xristian təmsilçi olsa da, türkmənlərə yer verilmədi. Bu nə ilə bağlı idi?

– İlk açıqlanan hökumət kabinetində türkmən nazir yox idi. Bu, Suriya xaricində, xüsusilə də Türkiyə və Avropada yaşayan türkmən soydaşlarımızın müəyyən narazılığına səbəb oldu. Lakin Suriyada yaşayan türkmənlər olaraq proseslərin içərisindəyik. Deyə bilərəm ki, Suriyada türkmənlər mövcud vəziyyətdən məmnundur. Onlara qarşı heç bir ayrı-seçkilik olmur.

WhatsApp Image 2025 04 15 at 22.09.11 1

Fehim İsa

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda iştirak etdi və burada cənab Əhməd əş-Şara ilə görüşdü. Azərbaycanla Suriya arasında bir çox sahədə, xüsusilə də hərbi sahədə əməkdaşlıq imkanları var. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

– Təbii ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivləri var. Bu, hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan bizim üçün vacibdir. Ürəyimiz, canımız Azərbaycanladır. Allahın izni ilə hər zaman birlikdəyik.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az